BAKI, 4 sentyabr. TELEQRAF
Üçillik müharibə İranın Yaxın Şərqdəki proksi qüvvələr şəbəkəsini koordinasiyalı ittifaqdan müxtəlif və bir-birindən fərqlənən qruplar toplusuna çevirib.
Teleqraf xəbər verir ki, bu barədə “The Economist” məlumat yayıb.
Nəşr bildirib ki, “Hizbullah” çoxdan Tehranın nəzarəti altında fəaliyyət göstərir, “Ənsarallah” (husilər) daha müstəqil hərəkət edir, İraqdakı qruplar və HƏMAS isə öz maraqlarına əsasən qərar verirlər.
“Son 15 ay ərzində İrana iki dəfə edilən hücum bu şəbəkənin yeni mahiyyətini üzə çıxarıb: Tehranın illərdir “müqavimət oxu” adlandırdığı qrupların hər biri müharibəyə qoşulmaq və ya kənarda qalmaq barədə ayrıca qərar verib”, - mənbə əlavə edib.