BAKI, 5 sentyabr. TELEQRAF
“Fövqəladə dərəcədə sağlam və mühüm razılaşmadır, genişlənmə meylinin olması da son dərəcə strateji əhəmiyyət daşıyır”.
Teleqraf xəbər verir ki, bunu Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Məkkə Müdafiə İttifaqı haqda danışarkən deyib.
“57 müsəlman ölkəsi var. Onlar böyük əhaliyə və zəngin yeraltı sərvətlərə sahibdirlər. Amma malik olduqları potensialı reallaşdıra bilmirlər. Qərb qarşısında lider ölkə ortaya çıxara bilmirlər. Bu işlər Türkiyənin liderliyi ilə həyata keçirilsə, bu vəziyyət bizi mərkəzə gətirər və dünyada daha böyük nüfuza sahib olmağımızı təmin edər. İslam dünyası da bundan böyük fayda görər. Atılan addımlar əhəmiyyətlidir. Pakistan və Səudiyyə Ərəbistanı ilə yanaşı, digər ölkələrin də iştirakı ilə bu ittifaq daha da güclənəcək”, - MHP lideri vurğulayıb.
Avqustun 7-də Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Pakistan Baş naziri Şahbaz Şərif Məkkə Sazişini imzalayıb. Sazişdə ölkələrdən hansısa birinə edilən hücumun bütün iştirakçılara qarşı təcavüz aktı hesab ediləcəyi nəzərdə tutulur.