BAKI, 7 sentyabr. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Ayın Birləşmiş Ştatlara məxsus olduğunu iddia edib.
Teleqraf xəbər verir ki, Tramp “Truth Social” hesabında Ayın görüntüsünü paylaşaraq üzərində “Ay bizimdir” ifadəsini və ABŞ bayrağını yerləşdirib. Paylaşımın edildiyi digər mənbələr tərəfindən də təsdiqlənib.
Bundan əvvəl Tramp Hörmüz boğazının onun şərəfinə adlandırılmasını təklif etmişdi.
ABŞ lideri həmçinin Ontario gölünün adının “Amerika gölü” olaraq dəyişdirilməsi ilə bağlı sənəd imzalayıb.