BAKI, 5 sentyabr. TELEQRAF
“Yəmən İranın və ya onun dəstəklədiyi husilərin Bab əl-Məndəb boğazına nəzarət etməsinə imkan verməyəcək”.
Teleqraf xəbər verir ki, bunu Yəmən Prezident Rəhbərlik Şurasının sədri Rəşad əl-Əlimi deyib.
Yəmən Prezidenti bildirib ki, sahilyanı bölgələrə yönəlik istənilən addım husilər üçün ciddi nəticələr doğuracaq.
Rəşad əl-Əlimi həmçinin mülki əhalinin qorunması, yaşayış məntəqələrinin təhlükəsizliyinin təmin edilməsi, eləcə də köçkün ailələrin təxliyəsi və onlara yardım göstərilməsinin asanlaşdırılması üçün bütün zəruri tədbirlərin görüləcəyini də bəyan edib.