BAKI, 7 sentyabr. TELEQRAF
Ukrayna 2024-cü ildə silah tədarükü sahəsində korrupsiya, mənimsəmə və səmərəsiz idarəetmə səbəbindən 1,2 milyard dollar vəsait itirib.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” beynəlxalq auditlərin nəticələrinə istinadən məlumat yayıb.
Audit zamanı əvvəlki öhdəliklərini yerinə yetirməməsinə baxmayaraq, yeni müqavilələr alan 18 şirkət müəyyən edilib. Onlardan altısının isə əvvəlki müqavilələrdən heç birini yerinə yetirmədiyi bildirilib.
Nəşrin məlumatına görə, silahların şişirdilmiş qiymətlərlə alınması nəticəsində təxminən 126 milyon dollar itirilib. Bəzi müqavilələr hüquqi əsaslandırma olmadan bağlanıb. Digər bir halda isə sonradan baş tutmayan sövdələşmə üçün əvvəlcədən ödənilmiş 100 milyon dollarla bağlı şirkətlər arasında mübahisə davam edir.
“The New York Times” qeyd edir ki, sistemdən həm Ukrayna, həm də ABŞ şirkətləri daxil olmaqla müxtəlif ölkələrin hərbi podratçıları qazanc əldə edə biliblər.