BAKI, 6 sentyabr. TELEQRAF
“Gərgin oyun oldu. Qarşımızda yaxşı müdafiə olunan kollektiv var idi. Bol qollu oyun oldu”.
Teleqraf xəbər verir ki, bu sözləri Azərbaycan Premyer Liqasının IV turunda “Araz-Naxçıvan”ı 3:2 məğlub edən “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov qarşılaşmadan sonra keçirilən mətbuat konfransında deyib.
“İki stadart vəziyyətdən qol buraxdıq. Biraz diqqətsizlik oldu. Belə bir oyunda 2 standart vəziyyətdən qol buraxmaq məsuliyyətsizlikdir. Oyunun gedişatında rəqibə qol imkanı yaratmadıq.
Koxalskinin gedişi rəsmiləşməyib. Danışıqlar davam edir. Həm bazar günü olduğuna, həm də oyuna hazırlaşdığımıza görə detallardan xəbərim yoxdur”.