BAKI, 5 sentyabr. TELEQRAF
“İranın mərhum ali rəhbəri Əli Xameneinin qisasından yayınanlar milli maraqların düşmənləridirlər. Təhlükəsizliyi qorxu və qorxaqlıqla, qisas tələb etməkdən çəkinməklə və bundan imtina etməklə təmin etmək mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu İranın ali rəhbərinin ofisinin nümayəndəsi Əlirza Pənahian deyib.
“Ali rəhbər (Müctəba Xamenei) də açıq şəkildə “qisas” sözünü işlətdi, xalqımız da bunu hayqırdı. Amma məsul şəxslər bu məsələdə bir qədər geridə qalıblar, onlar özlərini xalqa və imama çatdırmalıdırlar. Əgər bəzi şəxslər qisası ancaq fərdi məsələ kimi qəbul etsələr, bu anlayışdan sui-istifadə üçün zəmin yarana bilər”, - o vurğulayıb.
Əlirza Pənahian Əli Xameneinin qanının yerdə qalmayacağını iddia edib.