BAKI, 6 sentyabr. TELEQRAF
Ukrayna ABŞ nümayəndələri ilə görüşdən əvvəl danışıqlar qrupu ilə iclas keçirib və öz təkliflərini hazırlayıb.
Teleqraf xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski "Telegram" kanalında məlumat yayıb.
Ukrayna lideri ölkəsinin konstruktiv mövqe nümayiş etdirməyə və müharibənin başa çatmasını yaxınlaşdırmağa hazır olduğunu bəyan edib.
"Sülh, təhlükəsizlik zəmanətləri və müharibədən sonrakı dövr üçün layiqincə şərtlər lazımdır. Təkliflərimiz hazırdır. Əlaqəli, məzmunlu və reallığa uyğun işləmək vacibdir" — deyə Zelenski bildirib.