BAKI, 5 sentyabr. TELEQRAF

“Hələ 2023-cü il oktyabrın 7-də İsrailin Yaxın Şərqin simasını dəyişəcəyini təsəvvür edirdim”.

Teleqraf xəbər verir ki, bunu İsrail Baş naziri Benyamin Netanyahu deyib.

“7 oktyabrda kim təsəvvür edə bilərdi ki, biz Yaxın Şərqin simasını dəyişəcəyik? Mən edə bilərdim”, - o qeyd edib.

Netanyahunun sözlərinə görə, o zaman da məqsədlərindən biri sonda İranla qarşıdurmaya girmək olub: “Məqsədim o idi ki, son nəticədə İranla üz-üzə gələcəyik”.

Baş nazir əlavə edib ki, İran İsrailə hücum edəcəyi təqdirdə çox ağır zərbə alacaq:

“Əgər İran bizə hücum edərsə, təfərrüatlarına varmaq istəmədiyim zərbə alacaq”.