BAKI, 6 sentyabr. TELEQRAF

Şimali Kipr Türk Cümhuriyyətində Girnə sahillərində baş verən gəmi qəzasından sonra davam etdirilən axtarış-xilasetmə işləri zamanı daha bir itkin şəxsin cəsədi tapılıb.

Teleqraf xəbər verir ki, bu barədə Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstel məlumat verib.

Cəsədi tapılan şəxsin kişi olduğu və təxminən 55-60 yaşlarında olduğu müəyyən edilib. Onun şəxsiyyətinin müəyyənləşdirilməsi istiqamətində işlərə başlanılıb.

Beləliklə, qəzada həlak olan insanların sayı 14-ə yüksəlib, itkin düşən insanların sayı isə 14-ə enib.