BAKI, 5 sentyabr. TELEQRAF

İrana məxsus neft tankeri Xarq adası ətrafında hücuma məruz qalıb.

Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.

Tankerin ABŞ ordusu tərəfindən raketlə vurulduğu bildirilib.

Hücuma məruz qalan tanker kiçik ölçülü olub və hadisə nəticəsində insan tələfatı baş verməyib.