BAKI, 7 sentyabr. TELEQRAF
BMT Rusiya və Ukrayna arasında danışıqların təşkilinə yönəlmiş bütün səyləri dəstəkləyir.
Teleqraf xəbər verir ki, bunu BMT Baş katibinin rəsmi nümayəndəsinin müavini Fərhan Haq TASS-a açıqlamasında bildirib.
“Biz Ukrayna ilə Rusiya Federasiyası arasında danışıqların keçirilməsinə yönəlmiş bütün səyləri təşviq edirik”, – Fərhan Haq deyib.
O, bu açıqlamanı ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff və Amerika liderinin kürəkəni Cared Kuşnerin Moskva və Kiyevə səfərlərini şərh edərkən verib.
Daha əvvəl Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov bildirmişdi ki, Uitkoff və Kuşner Kiyevdə keçirəcəkləri görüşlər zamanı Rusiya Prezidenti Vladimir Putinin münaqişənin nizamlanması yolları ilə bağlı səsləndirdiyi mövqeləri nəzərə alacaqlar.