BAKI, 6 sentyabr. TELEQRAF

İsrail hərbi hava qüvvələrinin Livanın cənub bölgələrinə endirdiyi aviazərbələr nəticəsində azı 4 nəfər həlak olub.

Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hücumlar zamanı azı 20 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Yaralılar təcili olaraq yaxınlıqdakı tibb müəssisələrinə yerləşdirilib.