BAKI, 7 sentyabr. TELEQRAF

ABŞ-nin Florida ştatındakı Mayami Beynəlxalq Hava Limanında “Boeing 767” yük təyyarəsi ilə bağlı insident nəticəsində azı 5 nəfər həlak olub, bir neçə nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə Mayami-Deyd dairəsinin şerifi Rozi Kordero Stutsa məlumat yayıb.

“Hazırda azı beş nəfərin öldüyünü təsdiqləyə bilərik. Daha bir neçə nəfər yerli xəstəxanalara çatdırılıb”, - şerif mətbuat konfransında bildirib.

Hadisə yerli vaxtla saat 13:58-də baş verib.

Qeyd edək ki, “Amazon Prime Air” üçün reys həyata keçirməyə hazırlaşan yük təyyarəsi uçuş-enmə zolağından çıxmışdı.

Şerif hazırda hadisə ilə əlaqədar ictimai təhlükəsizliyə hər hansı təhdidin olmadığını bildirib.