BAKI, 5 sentyabr. TELEQRAF
İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə - 225 min tümənə çatıb.
Teleqraf xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb.
Digər əsas valyutalarda da bahalaşma qeydə alınıb. Hazırda İranda avronun məzənnəsi 261 min 440 tümənə, funt-sterlinq 305 min 760 tümənə, dirhəm isə 61 min 760 tümənə çatıb.
Qiymət artımı ölkənin sikkə bazarına da təsir edib və “İmami” sikkəsinin qiyməti 237 milyon tümənə yüksəlib.