BAKI, 7 sentyabr. TELEQRAF
“Yuventus” İtaliya A Seriyasının III turunda “Milan”la heç-heçə edib.
Teleqraf xəbər verir ki, Turində keçirilən qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Hesabı 68-ci dəqiqədə “Milan”ın yarımmüdafiəçisi Alfadjo Sisse açıb. “Yuventus” məğlubiyyətdən ikinci hissəyə əlavə olunmuş ikinci dəqiqədə xilas olub. Turin klubunun müdafiəçisi Federiko Qatti hesabı bərabərləşdirib.
“Milan” artıq yeddi oyundur ki, İtaliya çempionatında “Yuventus”u məğlub edə bilmir. Milan təmsilçisi sonuncu dəfə 2023-cü ilin mayında rəqibinə 1:0 hesabı ilə qalib gəlib. Bundan sonra “Yuventus” iki qələbə qazanıb, beş qarşılaşma isə heç-heçə ilə yekunlaşıb.
Üç turdan sonra hər iki komandanın aktivində 7 xal var. Növbəti turda “Milan” sentyabrın 12-də səfərdə “Latsio” ilə, “Yuventus” isə bir gün sonra “Sassuolo” ilə qarşılaşacaq.