BAKI, 6 sentyabr. TELEQRAF
ABŞ administrasiyası Ukrayna üzrə həm sülh sazişinə, həm də gərginliyin azaldılmasına dair paralel danışıqlar aparmağın mümkün olduğunu hesab edir.
Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın kürəkəni Cared Kuşner Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə danışıqlardan sonra keçirilən mətbuat konfransında bildirib.
O, Moskvada Rusiya Prezidenti Vladimir Putinlə keçirdiyi görüşü şərh edərkən qeyd edib ki, danışıqlarda həm əsas məsələlərin, həm də deeskalasiya ilə bağlı müəyyən problemlərin həlli müzakirə oluna bilər.
“Əlbəttə, böyük məsələlərdən danışmaq vacibdir. Lakin deeskalasiya ilə bağlı həll edilə biləcək bəzi məsələlər də var”, - Kuşner deyib.
Kuşner və ABŞ-nin xüsusi nümayəndəsi Stiv Uitkoff sentyabrın 5-də Moskvada Vladimir Putinlə görüşüblər. Görüş təxminən üç saat davam edib. Daha sonra ABŞ nümayəndələri Kiyevə gedərək Zelenski ilə danışıqlar aparıblar.