BAKI, 7 sentyabr. TELEQRAF

ABŞ-nin Ohayo ştatında Demokratlar Partiyasından qubernatorluğa namizəd Emi Ektona silahlı hücum cəhdi olub.

Teleqraf xəbər verir ki, bu barədə CNBC məlumat yayıb.

Hadisə Ohayo ştatının Kenfild şəhərində keçirilən yarmarka zamanı baş verib. Silahlı şəxs Ektona doğru hücum edib və tədbirdə olan bir neçə nəfərə xəsarət yetirib.

Qubernatorluğa namizəd hadisə zamanı xəsarət almayıb. Hücum edən şəxs saxlanılıb və onun üzərindən bir neçə silah aşkarlanıb.

Şübhəlinin kimliyi və hücumun motivi barədə hələlik məlumat verilməyib.