BAKI, 4 sentyabr. TELEQRAF

“İran Silahlı Qüvvələri ABŞ və İsraillə yeni müharibəyə hazırdır”.

Teleqraf xəbər verir ki, bunu İran Hava Hücumundan Müdafiə Qüvvələrinin komandanı briqada generalı Əlirza Elhami deyib.

Briqada generalı müharibənin bitmədiyini iddia edib.

“İstənilən mümkün qarşıdurmaya hazırıq və hazırlaşmağa davam edəcəyik. Çünki təhlükənin bitmədiyini bilirik”, - Elhami vurğulayıb.

General əlavə edib ki, ABŞ və İsrail başqa cəbhələrdə də İrana qarşı hücum edə bilər.