BAKI, 6 sentyabr. TELEQRAF
Qadın voleybolçulardan ibarət Türkiyə millisi Avropa çempionu olub.
Teleqraf xəbər verir ki, komanda turnirin finalında İtaliya ilə üz-üzə gəlib.
Türkiyə seçməsini İstanbul şəhərində yerləşən "Sinan Erdem" idman zalındakı qarşılaşmada rəqibini 3:2 hesabı ilə üstələyib.
Komanda tarixində ikinci dəfə Avropa çempionu olub. "Ay-ulduzlular" daha öncə 2023-cü ildə də bu titula sahib çıxıb.