BAKI, 5 sentyabr. TELEQRAF
“İsrailin fələstinliləri Qəzza zolağından zorla çıxarmaq planı yoxdur”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi bildirib.
“Qətiyyətlə deyə bilərəm ki, İsrailin insanları iradələrinə zidd olaraq Qəzzadan çıxarmaq planı yoxdur. Əgər insanlar ərazini tərk etmək istəyirlərsə, bunu etmək hüququna malikdirlər. Amma onları olmaq istəmədikləri bir yerə həbs etmək ləyaqətli hərəkət olmazdı”, - diplomat vurğulayıb.
Hakabi əlavə edib ki, heç kim bu cür məcburi köçürülməni dəstəkləməz və belə bir təklif irəli sürməz.