BAKI, 5 sentyabr. TELEQRAF
İsrail hücumları nəticəsində Livanda ölənlərin sayı 4 359-a çatıb.
Teleqraf xəbər verir ki, bu barədə Livan Səhiyyə Nazirliyi məlumat yayıb.
Son 24 saat ərzində İsrail hərbi hava qüvvələrinin Livanın cənub və şərq bölgələrinə endirdiyi aviazərbələr nəticəsində azı 5 Livan vətəndaşı həlak olub, daha 37 nəfər isə yaralanıb.
Nazirliyin rəsmi hesabatına əsasən, martın 2-dən bəri davam edən hərbi gərginlik dövründə ümumi qurbanların sayı 4 359 nəfərə, yaralıların sayı isə 12 362-yə yüksəlib.