BAKI, 5 sentyabr. TELEQRAF

Yəmən Silahlı Qüvvələri Taiz vilayətinin cənubunda (Heyfan) qiyamçı husilərə qarşı hərbi əməliyyat zamanı bir sıra strateji mövqelərə nəzarəti bərpa edib.

Teleqraf xəbər verir ki, bu barədə Yəmənin rəsmi informasiya agentliyi SABA məlumat yayıb.

Yəmən ordusu Əl-Məfalıs bölgəsində Əl-Vüsrə, Səid Taha, Ziban, Əl-Xudeyra və Ən-Nəcd yüksəkliklərini geri alıb. Toqquşma nəticəsində husilər arasında canlı qüvvə və texnika itkiləri olub.

Məlumata görə, Taiz və qərb sahili cəbhələrindəki toqquşmalar zamanı da husilər arasında onlarla ölən və yaralanan olub, onlara məxsus hərbi texnikalar məhv edilib.

Mənbə Taiz və qərb sahili boyunca bütün cəbhələrdə hərbi əməliyyatların və toqquşmaların davam etdiyini yazıb.