BAKI, 7 sentyabr. TELEQRAF
İranın Ali Milli Təhlükəsizlik Şurasının katibi Möhsün Rzayi Hörmüz boğazının gəmiçilik üçün tamamilə bağlandığını bildirib.
Teleqraf xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.
Rzayinin sözlərinə görə, Hörmüz boğazı hazırda tam bağlıdır və İran müəyyən edilmiş qaydalara əməl etməyən gəmilərin keçidinə icazə verməyəcək.
Bundan əvvəl Rzayi Hörmüz boğazından kənarda yeni məhdudlaşdırılmış zonanın yaradılacağını açıqlamışdı. Onun sözlərinə görə, həmin əraziyə daxil olan gəmilər İranın sanksiya siyahısına salına bilər.