BAKI, 4 sentyabr. TELEQRAF
“İran İslam Respublikası hərbi-iqtisadi cəhətdən ciddi şəkildə zəifləyib”.
Teleqraf xəbər verir ki, bunu ABŞ-nin İsraildəki səfiri Mayk Hakabi deyib.
“İran hakimiyyəti vəziyyətin çox yaxşı olduğunu göstərməyə çalışa bilər, amma durumdan xəbərdar olanların buna inandıqlarını düşünmürəm. İran İslam Respublikası hərbi baxımdan son dərəcə zəifləmiş vəziyyətdədir, şübhəsiz, iqtisadi cəhətdən də çox zəifləyib”, - diplomat vurğulayıb.