BAKI, 2 mart. TELEQRAF

İranın mərhum Ali rəhbəri Əli Xameneinin həyat yoldaşı ABŞ və İsrailin Tehrana hava zərbələri zamanı aldığı xəsarətlər nəticəsində vəfat edib.

Teleqraf xəbər verir ki, bu barədə “Sabereen” agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, o, komadan ayılmayıb.

Xatırladaq ki, ABŞ və İsrailin fevralın 28-də Tehrana hava hücumu zamanı Əli Xamenei və ailə üzvləri - qızı, kürəkəni, gəlini və 14 aylıq nəvəsi həyatını itirib.