BAKI, 2 mart. TELEQRAF

Gürcüstanın paytaxtı Tbilisinin meri Kaxa Kaladze İranın BƏƏ-yə hava hücumları səbəbindən Əbu-Dabidən ölkəyə qayıda bilmir.

Teleqraf xəbər verir ki, bu barədə Tbilisi meriyasının mətbuat xidməti məlumat yayıb.

“Şənbə-bazar günləri Tbilisi meri Kaxa Kaladze Əbu-Dabiyə səfər edib. Hazırkı vəziyyətə görə Gürcüstana uça bilmir”, - şəhər meriyasından bildirilib.

Yerli media bundan əvvəl Kaladzenin həyat yoldaşı ilə birlikdə onun ad gününü qeyd etmək üçün BƏƏ-yə səfər etdiyini yazmışdı. Səfər Yaxın Şərqdə vəziyyətin pisləşməsi, bəzi ölkələrin hava məkanlarını bağlaması ilə üst-üstə düşüb.