BAKI, 2 mart. TELEQRAF
“ABŞ və İsrailin hücumlarından sonra İranda heç bir hakimiyyət boşluğu yaranmayıb”.
Teleqraf xəbər verir ki, bunu İranın Ermənistandakı səfiri Xəlil Şirqulami ölkənin Ali rəhbəri Əli Xameneinin ölümünü şərh edərkən deyib.
Diplomatın sözlərinə görə, Xameneinin ölümü ölkə üçün ağır itki olsa da, dövlət sisteminin sabitliyinə təsir etməyib:
“Xalqın öz məqsəd və istəklərini müdafiə etmək iradəsi var. İnsanları fiziki olaraq məhv etməklə ideyaları məhv etmək olmaz, nə İsrail, nə də ABŞ bunu başa düşüb”.
Şiqulami keçid dövründə ölkənin idarəçiliyinin İslam İnqilabının Keşikçiləri Şurası tərəfindən həyata keçirildiyini vurğulayıb.
“Tezliklə yeni ali rəhbər təqdim olunacaq”, - səfir əlavə edib.
Xatırladaq ki, Əli Xameneinin ölümündən sonra onun səlahiyyətlərini müvəqqəti olaraq Ekspertlər Şurasının üzvü Əlirza Ərəfi icra edir.