BAKI, 2 mart. TELEQRAF
“Hizbullah” terror təşkilatının lideri Naim Qasımı da İranın Ali rəhbəri Əli Xameneinin yanına göndərəcəyik”.
Teleqraf xəbər verir ki, bunu İsrail müdafiə naziri İsrael Kats deyib.
“Hizballah”a ağır zərbə vuracağıq. Bu terror təşkilatının lideri Naim Qasım görəcək ki, Əli Xameneinin yolu ilə gedən onun kimi, şər oxunun bütün məhv edilmiş üzvləri ilə birlikdə cəhənnəmin dibində son tapır”, - nazir bildirib.