BAKI, 2 mart. TELEQRAF

İran Prezidenti Məsud Pezeşkian Məcid bin əl-Rzanı müdafiə naziri vəzifəsinin icraçısı təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə İran Prezidenti Administrasiyası məlumat yayıb.

Qeyd edək ki, Məcid Rza bu postda fevralın 28-də ABŞ və İsrailin Tehrana hava hücumu zamanı öldürülən Əziz Nəsirzadəni əvəz edib.