BAKI, 2 mart. TELEQRAF

“ABŞ və İsrailin hücumlarından sonra İran tammiqyaslı müharibə vəziyyətindədir və Ali rəhbər Əli Xameneiyə qarşı sui-qəsdin qisasını alacaq.

Teleqraf xəbər verir ki, bunu İran xarici işlər naziri Abbas Əraqçi erməni həmkarı Ararat Mirzoyanla söhbətində bildirib.

“Tammiqyaslı müharibə vəziyyətindəyik və İran İslam Respublikası bu həyasız hücuma cavab olaraq işğal olunmuş ərazilərə (İsrail ərazisinə istinadla – red.) və bölgədəki ABŞ bazalarına zərbələr endirib və lazım olduğu qədər özünü müdafiə etməyə hazırdır və qanı axıdılan şəhid liderinin qisasını alacaq”, - o qeyd edib.