BAKI, 2 mart. TELEQRAF

İsrail müdafiə naziri İsrael Kats Livandan ölkəsinin ərazisinə atəş açılmasından sonra “Hizbullah”ın baş katibi Naim Qasımı “məhv edilməli hədəf” adlandırıb.

Teleqraf xəbər verir ki, nazir hərəkatın İranın təzyiqi ilə bu addımı atdığını qeyd edib.

“Hizbullah” İsrailə atəş açdığına görə ağır bədəl ödəyəcək və İranın təzyiqi altında atəş açmağa qərar verən Naim Qasım artıq məhv edilməli olan hədəfdir”, - o bildirib.

Qeyd edək ki, İsrail Müdafiə Qüvvələri bu gün səhər saatlarından Livanda “Hizbullah”ın son hücumlarına cavab olaraq, genişmiqyaslı əməliyyatlara başlayıb.