BAKI, 2 mart. TELEQRAF
ABŞ Tehranla son danışıqlardan İran hakimiyyəti və ölkənin Ali rəhbəri Əli Xameneini təhlükəsizliklə bağlı arxayın salmaq üçün istifadə edib.
Teleqraf xəbər verir ki, bu barədə “Axios” mənbələrə istinadla məlumat yayıb.
Portalın İsrail kəşfiyyatındakı həmsöhbətinin sözlərinə görə, ABŞ və İsrail Xamenei və komandasının özlərini təhlükəsizlik hiss etmələri üçün bilərəkdən hücum planlaşdırılmadığını nümayiş etdirib. Amma hər iki ölkənin hərbi rəhbərliyi Xameneinin ötən həftə öz iqamətgahından yeraltı bunkərə keçə biləcəyindən də ehtiyat edib.
Digər ABŞ və İsrail rəsmiləri də deyiblər ki, Vaşinqton həqiqətən də danışıqlar aparmaq niyyətində olub, dialoq çərçivəsində ciddi irəliləyiş əldə olunsaydı, zərbələrdən imtina olunacaqdı.