BAKI, 5 iyul. TELEQRAF

ABŞ-nin Nyu-York şəhərində Müstəqillik Günü şənlikləri zamanı baş verən atışmada dördü uşaq olmaqla azı səkkiz nəfər yaralanıb.

Teleqraf xəbər verir ki, bu barədə "New York Post" qəzeti məlumat yayıb.

Atəş açan şəxslərin sayı və cinayətin motivləri hələlik məlum deyil. Hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinin yaxınlığındakı ağacların altında içərisində silah olan çanta aşkar ediblər. Yerli sakinlərin sözlərinə görə, atışmanın baş verdiyi bina və ətraf ərazi kriminogen vəziyyətinə görə tanınır.

Polis faktla bağlı araşdırma aparır.