BAKI, 28 avqust. TELEQRAF

Suriyanın keçid dövrü Prezidenti Əhməd əş-Şaraa ləğv edilmiş “Suriya Demokratik Qüvvələri”nin (SDQ) lideri Məzlum Abdini özünə müşavir təyin edib.

Teleqraf xəbər verir ki, bu barədə Suriyanın SANA dövlət informasiya agentliyi prezidentin müvafiq fərmanına istinadən məlumat yayıb.

“Mustafa Xəlil Abdi (Məzlum Abdinin əsl adı – red.) respublika prezidentinin müşaviri təyin edilib”, - fərmanda bildirilib.

Qeyd edək ki, Məzlum Abdi avqustun 25-də SDQ-nin müstəqil silahlı birləşmə kimi ləğv edildiyini və qüvvələrinin Suriya Silahlı Qüvvələrinin tərkibinə daxil olduğunu açıqlayıb.