BAKI, 26 avqust. TELEQRAF

“ABŞ Rusiya-Ukrayna müharibəsinin bitməsini istəyir”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“Ukraynadakı müharibənin bitməsini istərdik. Bu müharibə heç vaxt başlamamalı idi”, - dövlət başçısı vurğulayıb.

Trampın iddiasına görə, 2022-ci ildə ABŞ Prezidenti o olsaydı, müharibə heç vaxt başlamayacaqdı.

ABŞ Prezidenti sələfi Co Baydenin xarici siyasətini tənqid edib:

“Bu siyasət 25 milyon insanın ABŞ-yə axın etməsinə səbəb oldu. Onlar həbsxanalardan, o cümlədən narkotik satıcıları, qatillər və digərləri də daxil olmaqla, ölkəmizə axın etdilər. Bu, mən prezident olsaydım baş verməzdi, o zaman Ukraynada da müharibə olmazdı”.