BAKI, 27 avqust. TELEQRAF
"Sizin qarşınızda pley-offda məğlub olaraq oturmaq istəməzdim. Təəssüf ki, bu gün məğlub olduq. Meydanda yaxşı vuruşan komanda vardı. Çatışmazlıqlarımız var idi".
Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda "Tvente"yə (Niderland) qarşı keçirilən cavab matçından (4:1) sonra baş tutan mətbuat konfransında deyib.
"Hücum xəttində rotasiyalar edə bilmədim. Belə komandaya qarşı hücum xəttimiz daha sürətli olmalı idi. Qarşımızda topla çox yaxşı davranan komanda var idi", - deyə mütəxəssis bildirib.
Qeyd edək ki, Ağdam klubu Bakıda "Tvente"yə 4:1 məğlub olaraq avrokuboklarda mübarizəni dayandırıb.