BAKI, 24 avqust. TELEQRAF
“İran tamamilə çökür”.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial mediada yazıb.
Amerika lideri əlavə şərh verməyib.
Donald Tramp bu barədə İrana qarşı sərt iqtisadi sanksiyaları elan etməzdən əvvəl yazıb. ABŞ maliyyə naziri Skott Besentin bu gün bu barədə geniş açıqlama verəcəyi gözlənilir.
ABŞ Prezidenti ötən həftə İrana qarşı iqtisadi müharibə elan edib. Bessent bundan sonra iqtisadi müharibəbinin - tarixin ən sərt sanksiyalarının İran rejimi çökənədək davam edəcəyini açıqlayıb.