BAKI, 27 avqust. TELEQRAF

"Qarabağ" avrokuboklarda mübarizəni dayandırıb.

Teleqraf xəbər verir ki, "Qarabağ" UEFA Konfrans Liqasının pley-off turunun cavab qarşılaşmasında Niderlandın "Tvente" klubunu qəbul edib.

Əlavə vaxta uzanan qarşılaşmada Ağdam təmsilçisi 4:1 hesabı ilə məğlub olub.

İki oyunun nəticəsinə görə (4:2) üstün olan Niderland klubu Konfrans Liqasının əsas mərhələsinə vəsiqə qazanıb.

***

22:42

"Tvente" "Qarabağ"la oyunda fərqi artırdı.

Teleqraf xəbər verir ki, Niderland klubu fərqi 3-ə çatdırıb - 4:1.
***

22:34

"Qarabağ" "Tvente" ilə cavab qarşılaşmasında meydanda 10 nəfər qalıb.

Teleqraf xəbər verir ki, 106-cı dəqiqədə Marko Yankoviç ikinci sarı vərəqə ilə cəzalandırıb. Aktivində sarı vərəqə olan futbolçu komandasını köməksiz qoyub.

***

22:23

"Tvente" "Qarabağ"la oyunda fərqi artırdı.

***

22:13

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) qarşılaşmasında əlavə vaxt oynanılır.

***

22:08

UEFA Konfrans Liqasının pley-off mərhələsinin "Qarabağ" - "Tvente" (Niderland) oyununda üçüncü qol vurulub.

Teleqraf xəbər verir ki, "Tvente" 90+2-ci dəqiqədə hesabda önə keçib - 2:1.

Niderlanddakı matçda Azərbaycan təmsilçisi 1:0 hesabı ilə qələbə qazandığı üçün qarşılaşmada əlavə vaxt oynanılacaq.

***

"Tvente" hesabda önə keçdi - 2:1.

***

21:51

"Tvente" hesabı bərabərləşdirdi.

***

21:31

"Qarabağ" "Tvente" ilə oyunda hesabı açıb.

Teleqraf xəbər verir ki, qolun müəllifi 59-cu dəqiqədə Kadi Borqes olub.

***

21:18

"Qarabağ" - "Tvente" qarşılaşmasında ikinci hissə başladı.

***

21:02

"Qarabağ" - "Tvente" qarşılaşmasında ilk hissə başa çatıb.

Teleqraf xəbər verir ki, ilk hissədə komandalar hesabı aça bilməyib.

***

20:15

“Qarabağ” UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

Teleqraf xəbər verir ki, Azərbaycan təmsilçisi evdə Niderlandın “Tvente” klubu ilə qarşılaşır.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayıb.

Görüşü norveçli hakim Rohit Saqqi idarə edir.

Qeyd edək ki, “Qarabağ” və “Tvente” arasında ilk oyunda Ağdam klubu minimal hesablı qələbə qazanıb - 1:0.