BAKI, 28 avqust. TELEQRAF
Futbol üzrə UEFA Avropa Liqası və Konfrans Liqasının liqa mərhələsində iştirak edəcək bütün komandalar müəyyənləşib.
Teleqraf xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyununda Belçikanın “Anderlext” klubu Qazaxıstan “Kayrat”ını 3:0 hesabı ilə məğlub edərək turnirin liqa mərhələsinə yüksəlib. Brüssel təmsilçisi ilk görüşdə də eyni hesabla qalib gəlmişdi.
Avropa Liqasının liqa mərhələsində “Bayer”, “Hoffenhaym”, “Benfika”, “Torrense”, “Yuventus”, “Milan”, AZ, NEK, “Olimpiakos”, OFİ, “Real Sosyedad”, “Selta”, “Lion”, “Marsel”, “Renn”, “Ferentsvaroş”, “Viktoriya”, “Sparta”, “Union”, Zaqreb “Dinamo”su, “Seltik”, “Red Bull”, “Şturm”, “Lex”, “Kristal Pelas”, “Sanderlend”, “Bornmut”, “Tselye”, “Yagelloniya”, “Omoniya”, “Beşiktaş”, Beer-Şeva “Hapoel”i, “Lillestrem”, “Levski”, “Ararat-Armeniya” və “Anderlext” mübarizə aparacaq.
Konfrans Liqasının liqa mərhələsində isə “Atalanta”, “Braqa”, “Ayaks”, “Tvente”, “Frayburq”, “Monako”, “Kopenhagen”, “Norşellann”, “Midtyulland”, “Orhus”, “Kayrat”, “Trabzonspor”, Krayova “Universitatya”sı, “Srvena Zvezda”, “Panatinaikos”, “Gent”, “Sent-Tröyden”, “Pafos”, “Brayton”, “Luqano”, “Tun”, “Xetafe”, KuPS, “Borats”, “Brann”, “Harts”, “Riqa”, “Hayduk”, “Yablonets”, “İnter”, Sofiya ÇSKA-sı, “Kauno Jalgiris”, “Myelbü”, “İberiya”, “Eqnatiya” və “Linkoln” çıxış edəcək.
Avropa Liqası və Konfrans Liqasının liqa mərhələsinin püşkatma mərasimi avqustun 28-də keçiriləcək.