BAKI, 27 avqust. TELEQRAF

"Barselona" fanatı olsam da, Bakıda "Sabah"a azarkeşlik edəcəyəm.

Teleqraf xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov "Sabah"ın UEFA Çempionlar Liqasının əsas mərhələsinin püşkündə "Barselona" ilə düşməsini dəyərləndirərkən deyib.

"Çempionlar Liqasında bizə belə rəqiblər düşmədi, amma "Sabah"a düşdü. Onlara uğurlar arzu edirəm. Hər bir halda "Barselona" kimi klubun Bakıya gəlməsi böyük hadisədir".

Qeyd edək ki, UEFA Çempionlar Liqasının Liqa mərhələsində Bakı təmsilçisi "Barselona" (İspaniya), "Borussiya" (Dortmund, Almaniya), "Napoli" (İtaliya), "Slaviya" (Çexiya), "Arsenal", "Mançester Yunayted" (hər ikisi İngiltərə), "Vilyarreal" (İspaniya) və "Vikinq"lə (Norveç) üz-üzə gələcək.

"Barselona", "Borussiya Dortmund", "Napoli" və "Slavia Praqa" "Sabah"la görüş üçün Bakıya gələcək.