BAKI, 28 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp Texas ştatından respublikaçı senator Ted Kruzun 2028-ci ildə keçiriləcək prezident seçkilərində namizədliyini irəli sürə biləcəyini istisna etməyib.
Teleqraf xəbər verir ki, Tramp bu barədə Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən danışıb. Onun açıqlaması tədbirin yayımlanan stenoqramında da yer alıb.
“Məncə, o bunu edə bilər. O, çox istedadlıdır və mənim çox yaxşı dostumdur”, - Tramp Ted Kruzun mümkün prezidentlik namizədliyi ilə bağlı suala cavabında deyib.
Qeyd edək ki, Kruz daha əvvəl ABŞ prezidentliyinə namizəd olmaq istədiyini gizlətmədiyini bildirib. O, 2016-cı ildə Respublikaçılar Partiyasının prezidentliyə namizədliyi uğrunda Trampın əsas rəqiblərindən biri olub. Hazırda Kruz 2028-ci il seçkilərində Respublikaçılar Partiyasının mümkün namizədləri sırasında göstərilir.