BAKI, 27 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Trampın administrasiyası hələlik İranla münaqişənin sülh yolu ilə həlli üçün danışıqlar aparmır.
Teleqraf xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Kerolayn Levitt məlumat verib.
“Hazırda danışıqlar aparılmır. Bu, Prezident İranın danışıqlar masasına oturub ciddi müzakirələrə başlamağa hazır olduğunu hiss edənə qədər davam edəcək”, - o deyib.
Levitt əlavə edib ki, danışıqların bərpa edilib-edilməməsi ilə bağlı son qərar Donald Trampdan asılıdır.