BAKI, 26 avqust. TELEQRAF

“ABŞ və İran arasındakı müharibə tezliklə başa çatacaq”.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp deyib.

“İnanıram ki, İranla müharibə tezliklə başa çatacaq, çünki Hörmüz boğazı açıqdır. Hazırda boğazdan çoxlu sayda gəmi keçir. Onların keçməsinə icazə veririk. Artıq mina yoxdur. Yəqin dünən bunu elan etdiyimizi gördünüz. Bütün minaları təmizləmişik, boğaz açıqdır”, - Amerika lideri vurğulayıb.

Donald Tramp Amerikanın İran üzərində böyük qələbə qazandığını qeyd edib.