BAKI, 27 avqust. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp sosial mediada Kanada ilə sərhəddə yerləşən Ontario gölünü “Amerika gölü” adlandırdığı paylaşım edib.

Teleqraf xəbər verir ki, Amerika lideri bunu “kiçik dəyişiklik” adlandırıb.

“Deməli, bu, Kanada və ABŞ-də yerləşən Ontario gölüdür. Amma biz kiçik bir dəyişiklik edəcəyik və onu Ontario yox, başqa şey adlandıracağıq. Onu “Amerika gölü” adlandıracağıq”, - Donald Tramp bildirib.

Xatırladaq ki, ABŞ Prezidenti bundan əvvəl də sosial şəbəkədə eyni məzmunda paylaşım etmişdi.