BAKI, 27 avqust. TELEQRAF

Vaşinqton administrasiyası İran rəsmiləri ilə məsləhətləşmələr və ya görüşlər keçirməkdə maraqlı deyil.

Teleqraf xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp Ağ Evdə jurnalistlərin suallarını cavablandırarkən bildirib.

"Biz onlarla danışmaq istəmirik. Görüş və ya buna bənzər hər hansı bir şey axtarışında deyilik", - deyə Amerika lideri qeyd edib.

Tramp həmçinin Hörmüz boğazının açıq olduğunu vurğulayaraq, boğazdan milyonlarla barel neftin keçdiyini söyləyib.