BAKI, 25 avqust. TELEQRAF

ABŞ və İran arasında bütün həvəskar və peşəkar idman fəaliyyətləri, eləcə də akademik mübadilələr qeyri-müəyyən müddətə dayandırılıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət Ofisi (OFAC) məlumat yayıb.

OFAC bildirib ki, bu qərar peşəkar və həvəskar səviyyədə idman fəaliyyətlərini, həmçinin ABŞ və İran arasında akademik mübadilə proqramlarını əhatə edir.

Xatırladaq ki, ABŞ-nin maliyyə naziri Skott Bessent bundan əvvəl Amerikanın İrana qarşı bütün istiqamətlərdə iqtisadi hücuma başladığını açıqlayıb. Nazir bunu “İqtisadi təcrid” əməliyyatı adlandırıb.