BAKI, 28 avqust. TELEQRAF

ABŞ Venesuelanın neft-qaz sektoru ilə bağlı bir sıra baş lisenziyaların qüvvədə olma müddətini uzadıb.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin (OFAC) saytında dərc olunan sənədlərdə bildirilib.

Lisenziyalardan biri Venesuela mənşəli neft və neft məhsulları ilə bağlı maliyyə əməliyyatlarının davam etdirilməsinə icazə verir. Digər sənədlə isə Venesuelada neftin durulaşdırılması üçün ABŞ xammalının ölkəyə tədarükünə tətbiq edilən məhdudiyyətlərin aradan qaldırılması müddəti uzadılıb.

Başqa bir lisenziya müəyyən şərtlər daxilində ABŞ şirkətlərinin Venesuelanın dövlət neft şirkəti “Petroleos de Venezuela” (PDVSA) ilə əməliyyatlar aparmasına icazənin müddətini uzadır.

Bundan əlavə, ABŞ hökuməti “BP”, “Chevron”, “Eni”, “Repsol” və “Shell” şirkətlərinin Venesuelanın neft-qaz sektorundakı fəaliyyəti ilə bağlı əməliyyatlar aparmasına verilən icazəni də uzadıb.

Lisenziyalar Rusiya, Çin, İran, Şimali Koreya və Kubadakı hüquqi və fiziki şəxslərə, eləcə də onların nəzarətində olan strukturlara şamil edilmir.