BAKI, 24 avqust. TELEQRAF
ABŞ Prezidenti Donald Tramp sentyabrda İrlandiyaya səfər etməyi planlaşdırır.
Teleqraf xəbər verir ki, bu barədə “New York Post” ABŞ administrasiyasının adının açıqlanmadığı rəsmisinə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, Trampın İrlandiyaya səfəri sentyabrın 12-13-nə planlaşdırılıb. ABŞ liderinin səfər çərçivəsində “Irish Open” qolf turnirini izləyəcəyi gözlənilir.
Turnir Trampa məxsus qolf meydançasında keçiriləcək. Sentyabrın 12-si və 13-ü yarışın son iki gününə təsadüf edəcək.
“New York Post” qeyd edir ki, Tramp prezident kimi sonuncu dəfə 2019-cu ildə İrlandiyadakı qolf klubuna səfər edib.