BAKI, 27 avqust. TELEQRAF
ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Con Retklif ilə Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkin arasında çox yaxşı münasibətlər mövcuddur. Onlar hər altı aydan bir və ya ildə bir dəfə danışıqlar aparırlar.
Teleqraf xəbər verir ki, bu sözləri ABŞ Prezidenti Donald Tramp "Axios"a müsahibəsində bildirib.
O, Retkliffin avqustun 25-də Moskvaya səfərini rutin səfər kimi səciyyələndirib və medianın bunu işıqlandırma tərzinə təəccübünü ifadə edib.
"Retkliff öz rusiyalı həmkarı ilə altı ayda və ya ildə bir dəfə görüşür. Onların çox yaxşı münasibətləri var. Heç bir xüsusi mesaj yox idi və qeyri-adi heç nə baş vermədi", - deyə vurğulayıb.